UNEC-in məzunu Qiyabi və əlavə təhsil mərkəzinin məzunu Seyfullah Əliyevin detektiv janrda yazdığı “Qətlə aparan yol” kitabının təqdimatı olub.
"Unikal" xəbər verir ki, UNEC İnklüziv Təhsil Mərkəzi və Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə yeni tədris binasının 3 saylı kitabxanasında təşkil olunan kitab təqdimatında UNEC kollektivi və müəlliflə yanaşı, Xalq yazıçısı Çingiz Abdullayev, Yazıçılar Birliyinin üzvü Süleyman Abdulla, şair-yazıçı professor Zahid Xəlil də iştirak ediblər.
Gənc yazarı təbrik edən ölkənin tanınmış yazıçıları, detektiv janrının xüsusiyyətlərindən söz açıblar. Çıxış edənlər romanın süjet xəttinin detektiv janrına uyğunluğunu yüksək qiymətləndirərək, peşəkarlıqla qələmə alındığı bildiriblər və müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.
Kitabın müəllifi, gənc yazar Seyfullah Əliyev kitabın təqdimatı üçün yaratdığı şəraitə görə universitet rəhbərliyinə, eləcə də təqdimatda iştirak edən hər kəsə təşəkkürünü bildirib. “Qətlə aparan yol” romanının ərsəyə gəlməsi barədə məlumat verən müəllif, romanın riyaziyyat müəlliminin qətlindən və hadisənin detektiv tərəfindən araşdırlmasından bəhs etdiyini diqqətə çatdırıb.
Sonra kitabın imzalanma mərasimi keçirilib.