Xəbər verdiyimiz kimi, Bakıda avtoşluq etdiyinə görə həbs olunan əsgər Əziz Məlikov ötən ayın 28-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib. Onun barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilib. Lakin, Əziz Məlikov qətimkan tədbirinin şərtlərini kobud şəkildə pozmaqla qaçıb gizləndiyinə görə Hərbi prokurorluğun təqdimatı əsasında 6 iyul 2022-ci il tarixdə məhkəmənin qərarı ilə yenidən həbs olunub.
Bu barədə "Unikal"a açıqlama verən Əziz Məlikovun atası Soltanpaşa Məlikov məsələdən xəbərsiz olduğunu bildirib:
"Mənim bu barədə məlumatım yoxdur. Ümumiyyətlə, hazırda oğlumun harada olduğunu bilmirəm. Öyrənib sizə məlumat verərəm", - deyə o əlavə edib.
Qeyd edək ki, Soltanpaşa Məlikov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir.
Murad İbrahimli