Şok: Gülər Əhmədovanın Türkiyədəki adamı da həbs edildi
10:43 28-02-2013
CƏMİYYƏT
Hazırda həbsdə olan keçmiş deputat Gülər Əhmədovanın Türkiyədəki yaxın adamı kimi adı çəkilən Səlcuq Ağlayan həbs edilib. AzNews.az-a daxil olan məlumata görə, Türkiyə polisi S.Ağlayanı dələduzluqda ittiham edərək onun həbsi barədə qərar verib.
Saytın əldə etdiyi digər bir mlumata görə isə, S.Çağlayanı dindirmək üçün dünən Azərbaycandan xüsusi istintaq qrupu Türkiyəyə yola düşüb.
S.Ağlayan adı qalmaqallı videolarda Gülər Əhmədova ilə birlikdə hallandırılan, daha sonra Türkiyədə gizlənərək vəfat edən Sevinc Babayevaya saxta sənəd təmin etməkdə, ona qalmaq üçün mənzil kirayələməkdə ittiham edilir.
Məlumat üçün bildirək ki, bundan əvvəl bir neçə dəfə Azərbaycan mətbuatına qısa müsahibə verən S.Ağlayan video qalmaqalından xəbərsiz olduğunu və Sevinc Babayevaya sadəcə insanlıq xatirinə kömək etdiyini bildirmişdi.
S.Babayevanın oğlu isə S.Ağlayanın Gülər Əhmədova ilə iş əlaqələrinin də olduğunu bildirərək anasını ölümündə onun açar rolunu oynadığını vurğulamışdı.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50