Ukrayna müdafiə naziri Aleksey Reznikov və Türkiyə müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Hulusi Akar dərhal atəşkəsin əldə olunmasına ehtiyac olduğunu və bununla yanaşı indiyə qədər olduğu kimi, Türkiyənin Ukraynaya sülhün əldə olunması və humanitar yardımla bağlı dəstək verməyə davam edəcəyini deyib.