Sabirabad rayonunun Türkədi kəndində ümumi sahəsi 220 m² olan kürsülü, birmərtəbəli 9 otaqlı evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 260 m² olan talvarın yanar konstruksiyaları 100 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən xəbərə görə, yüksək temperaturdan bitişik, ümumi sahəsi 20 m² olan köməkçi tikilinin lambirdən ibarət tavanı 5 m² sahədə qarsalanıb.
Talvarın və köməkçi tikilinin qalan hissəsi, bitişik ümumi sahəsi 25 m² olan digər köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.