Fövqəladə Hallar Nazirliyi sözügedən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

"Unikal" xəbər verir ki, ilkin məlumata görə binanın şaxtasından keçən elektrik kabelləri yanıb. Həyata keçirilən çevik və operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

***23:11

Bakının "Mirvari Park" yaşayış kompleksində yanğın baş verib.

"Unikal" xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Hazırda ərazidə yanğının  söndürülmə işləri aparılır.