Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə səfər edən Niderlandın Baş naziri Mark Ryutte ilə görüşüb.

"Unikal" xəbər verir ki, Zelenski Niderlandın Ukraynaya müdafiə dəstəyi baxımından ilk on tərəfdaşdan biri olduğunu deyib.

“Bizim yanımızda olduğunuz üçün təşəkkür edirik”, - deyə Zelenski qeyd edib.

Görüşdə ərzaq təhlükəsizliyi, enerji, hərbi yardım, Rusiya Federasiyasına qarşı sanksiyalar və Ukraynanın müharibədən sonra bərpası məsələləri müzakirə edilib.