Xəbər verdiyimiz kimi, iyulun 9-da Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Tağıyev Novruz Tağı oğlu xidməti vəzifəsini yerinə yetirən zaman həlak olub. 

"Unikal"ın məlumatına görə, N.Tağıyev 1990-cı ildə Tovuz rayonunun Koxanəbi kəndində dünyaya gəlib. Novruz Tağıyev ailədə 3 qardaş, 3 bacı arasında sonuncu övlad olub. Ailəli olan mərhum hərbçimizin 3 aylıq oğlu Uğur yadigar qalıb.

Qeyd edək ki, avtoqəza nəticəsində həlak olan N.Tağıyev ötən gün Koxanəbi kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasiminin sonunda üçrəngli Azərbaycan bayrağı Novruz Tağıyevin qardaşı Namiq Tağıyevə təqdim olunub.

Anar Kəlbiyev