Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisinin mərkəzindəki Cümə məscidini ziyarət edib.

"Unikal" xəbər verir ki, Baş nazir Tbilisidə mövcud olmuş Şah Abbas məscidindən qalan abidə, eləcə də XVIII əsrdə əl ilə yazılmış və cəmi 5 nüsxədən ibarət Quran-i Kərimin nadir nüsxəsi ilə tanış olub, din xadimləri ilə görüşüb.

Gürcüstanın hökumətinin başçısı ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.