Böyük Britaniya Krallığının Prokurorluq Xidməti Formula 1-in keçmiş rəhbəri Berni Ekklstounu saxtakarlıqda ittiham edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 91 yaşlı B.Ekklstoun 400 milyon funt-sterlinq (472 milyon avro) gəliri gizlətməkdə ittiham olunur.

Müvafiq araşdırma Böyük Britaniyanın Gəlirlər və Gömrük İdarəsi tərəfindən aparılıb.

İş üzrə ilk məhkəmə iclası avqustun 22-nə təyin edilib.