Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində yanğın olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.

***00:01

Paytaxtın Səbail rayonu, Nizami (Torqovı) küçəsindəki kanalizasiya quyularından birində baş vermiş tüstüləmə ilə əlaqədar polis əməkdaşları vətəndaşları təhlükəsiz əraziyə təxliyə edib, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkaşlarını dəvət ediblər.

Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, hazırda hadisənin hansı səbəbdən baş verməsi üzrə araşdırma aparılır.