Yəmənin Hadramaut əyalətində ordunun yüksək rütbəli komandirinin sui-qəsd nəticəsində öldüyü açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkə prezidentin səlahiyyətlərinin təhvil verildiyi  Aydarus Kasım əz-Zabidi məlumat yyaıb.  

Cənub Keçid Şurasının sədri də olan Zebidi verdiyi yazılı açıqlamada, Hadramautdakı 2-ci Hərbi Bölgə Rəhbərlik Bölməsinin rəis müavini polkovnik Belhayr Həsən Bansibin dünən gecə odlu silahla sui-qəsd nəticəsində həyatını itirdiyini bildirib.

Zebidi hadisə və məsul şəxslər haqqında ətraflı məlumat verməyib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.