Dünya Bankı Ukraynaya 1,7 milyard dollar yardım ayırıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmiqal tviter səhifəsində yazıb.
Onun sözlərinə görə, bu, ABŞ-ın son 2 həftə ərzində ikinci qrantıdır. Yardımın ümumi məbləği isə 3 milyard dollardır.