Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa istefa sənədini imzalayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yüksək rütbəli hökumət rəsmisi məlumat yayıb.
Bildirək ki, daha əvvəl Qotabaya Rajapaksanın iyulun 13-də istefa verəcəyi və ayın 20-də ölkədə yeni seçkilərin keçiriləcəyi bildirilmişdi.