İyulun 11-də saat 15 radələrində İsmayıllı rayonunun Aşıqbayramlı kəndi ərazisində Göyçay rayon sakinləri Şükran Cəfərovun idarə etdiyi “VAZ-2104” markalı və S.Hüseynovun idarə etdiyi “Howo” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən "Unikal"a verilən xəbərə görə, nəticədə Ş.Cəfərov və sərnişini olan arvadı V.Novruzova aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilib, Ş.Cəfərov orada ölüb.

İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.