Londonda bank soyğunçusu özünü mühafizəçi kimi təqdim edərək  bankdan 179 min dollar  pul oğurlayıb.  

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, həmin şəxs forma geyinərək bank filialına daxil olub. O, kassaya yaxınlaşaraq işçiyə saxta vəsiqə göstərib və bütün nağd pulun ona verilməsini tələb edib. Oğru pulları alan kimi naməlum istiqamətə çıxıb.

Aldandıqlarını anlayan bank işçiləri polisə müraciət ediblər. Hadisə şahidlərinin sözlərinə görə, kişi döngədə dayanmış furqona minib və orada sürücü onu gözləyib. Polis hadisəni təsdiqləsə də, hələlik soyğunçu tapılmayıb.