Qara dəniz səyahətindən qayıdan tur mikroavtobusu Tunceli-Ərzincan yolunun Ağlayan Qayalar ərazisində sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində mikroavtobusda olan 19 nəfər yaralanıb.

Hadisə yerinə xilasetmə və jandarma qrupları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.