Ukraynada hərbi əməliyyatların başlanmasından sonra rusiyalı oliqarxların Avropa İttifaqında (Aİ) dondurulmuş aktivlərinin məbləği 13,8 milyard avro təşkil edib.

"Unikal" xəbər verir ki, bunu Aİ-nin ədliyyə nazirlərinin Praqada keçirilən görüşündə ədliyyə məsələləri üzrə Avropa komissarı Didye Reynders deyib.

Onun sözlərinə görə, əmlakın böyük hissəsini - 12 milyard avroluq aktivləri Aİ-nin 5 ölkəsi dondurub: "Başqalarını da onlardan nümunə götürməyə təşviq etməliyik. Əlavə məlumat üçün məktublar göndərmişik".

Qeyd olunub ki, bu məbləğlər "Ukraynanın Bərpası Fondu"na köçürüləcək. 

Ağarza Elçinoğlu