Türkiyənin Ədirnə şəhərində meşə yanğını başlayıb.

"Unikal" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və helikopterlər cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Yanğının hansı səbəbdən başlanması hələlik məlum deyil.