Ukrayna prezidenti Volodimir Zelenski iyulun 12-də Kiyevdə Polşanın milli müdafiə naziri Mariuş Blaşak ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin "Telegram" kanalında bildirilib.

"Polşa Müdafiə Nazirliyi Ukrayna ordusunun gücünü dəstəkləyir. Bu, indiki çətin zamanda ölkələrimizin bir yerdə olduğunun təsdiqidir", - prezident qeyd edib.

Zelenski Blaşçaka Ukraynaya səfərinə və köməyə görə təşəkkür edib. O, bildirib ki, Rusiyanın Ukraynada başlatdığı müharibə başa çatdıqdan sonra, hər iki dövlət arasında münasibətlər daha da möhkəmlənəcək.

Ağarza Elçinoğlu