Bəxtiyar Rəhimovun imperiyası
11:01 28-02-2013
CƏMİYYƏT
Gəmi təmirindən qazanılan milyonlar
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçilik İdarəsinin Gəmi təmiri və Gəmi qayırma İstehsalat Birliyinin ZAQFEDARASİYA Baş İstehsalat vahidi üzrə baş direktoru Bəxtiyar Rəhimov bu sahədə sözün həqiqi mənasında özünə dövlət yaradıb. Diqqəti cəlb etməyən Bəxtiyar Rəhimov bu gün Azərbaycanda gözə görünməyən oliqarxlardan biri hesab oluna bilər. Baş idarənin rəhbəri Aydın Bəşirovun xəstəlik səbəbindən işə vaxtlı-vaxtında gələ bilməməyindən yararlanan Bəxtiyar Rəhimov qərarları bir başa özü çıxarır, lazımi işləri həyata keçirir və bundan demək olar ki, heç kimin xəbəri olmur.
Mənbənin dediyinə görə, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçilik İdarəsinin Gəmi təmiri və Gəmiqayırma İstehsalat Birliyinin ZAQFEDARASİYA adına Baş İstehsalat vahidi üzrə baş direktor Bəxtiyar Rəhimov xarici və yerli gəmilərin təmiri adı ilə milyonlara sahiblənə bilir. Qeyd edilir ki, idarədə onlarla şəxs tapmaq olar ki, onların adları olsada, əmək haqqı yazılsada bir dəfə də olsa onların üzünü heç kəs görməyib. Bundan başqa gəmi təmiri üçün lazım olan avadanlıqların bir hissəsi sənədlə mövcud olsada, əslində onlarıda tapmaq mümkün deyil. Həmçinin gəmilərin təmiri zamanı boyadan tutmuş, qaynaq işlərinə qədər hər bir işdə şübhəli hərəkətlərə rast gəlmək mümkündür. Buda bildirilir ki, artıq bu idarələrdə təmir olunan gəmilər ən təhlükəli gəmilər hesab edilir. Çünki işlər keyfiyyətsiz materiallarla görünür və bir neçə aydan sonra təmir olunmuş gəmi yenidən köhnə qaydasına düşür.
Digər Xəbərlər
2024-11-21 21:51:37
2024-11-21 20:40:28
2024-11-21 20:32:43
2024-11-21 20:22:56
2024-11-21 19:49:33
2024-11-21 19:21:58
2024-11-21 19:20:34
2024-11-21 19:02:57
2024-11-21 18:51:22
2024-11-21 18:48:47
2024-11-21 18:39:54
2024-11-21 18:17:14
2024-11-21 18:03:19
2024-11-21 17:48:13
2024-11-21 17:22:00
2024-11-21 17:10:38
2024-11-21 16:58:19
2024-11-21 16:43:15