NATO və Aİ Ukraynaya silahların təhvil verilməsinə nəzarəti gücləndirmək niyyətindədirlər, çünki onların qara bazara düşə biləcəyi qorxusu var .

"Unikal" xəbər verir ki, bu barədə məşhur "Financial Times" nəşri yazıb. 

 NATO-nun bəzi üzvləri Ukrayna ilə izləmə sisteminin və ya tədarük edilən silahların ətraflı siyahısının yaradılması imkanlarını müzakirə edirlər.

“Bütün bu silahlar Polşanın cənub hissəsinə daxil olur, sərhədə çatdırılır və sonra onu keçmək üçün maşınlara bölünür: yük maşınları, furqonlar, bəzən şəxsi avtomobillər. Və bundan sonra onların harada olması barədə heç nə bilmirik, hara getdikləri, hara istifadə olunduqları və hətta ölkədə qalsalar belə, heç bir məlumatımız yoxdur” - deyə qəzet rəsmilərdən birinin sözlərini sitat gətirib.

Daha əvvəl Avropa Komissiyasının daxili işlər üzrə komissarı Ylva Yohansson bildirib ki, Avropa Komissiyası və Moldova Ukraynadan silah, narkotik qaçaqmalçılığı və insan alveri ilə mübarizə üçün ölkədə mərkəz yaradacaqlar. O, bu barədə Praqada keçirdiyi brifinqdə bildirib.