Şərqi Afrika ölkələrindən biri olan Uqandada aylardır davam edən quraqlığın yaratdığı aclıqdan 46 nəfər ölüb.

"Unikal" xəbər verir ki, Karamoca millət vəkili Faith Nakutun sözlərinə görə, bölgədə aylardır davam edən quraqlıq səbəbindən insanlar sağ qalmaq üçün ot yeyiblər.

“Karamoca alt bölgəsini bürüyən qıtlıq səbəbilə iyulun 8-nə qədər 46 nəfər aclıqdan ölüb, 2181 ailə isə ölüm gözləyir", - deyə o,  bildirib. 

Belə ki, Nakut ölənlərin sayı artmamış dünyaya kömək üçün müraciət edib.