Moskvada Rusiya Fövqəladə Hallar Nazirliyinin keçmiş rəhbərinin müavini Andrey Quroviç saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Müstəntiqlər həbs-qətimkan tədbiri seçilməzdən əvvəl Quroviçi 48 saat saxlayıblar. O, Fövqəladə Hallar Nazirliyinin nazir müavini vəzifəsində sui-istifadə etməkdə şübhəli bilinir”, - deyə KİV bildirib.
Məlumata görə, Quroviçin evində axtarış aparılıb.
Bildirək ki, Rusiya prezidenti Vladimir Putin Andrey Quroviçi may ayında fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edib.
Gülayə Mecid