Azərbaycan Ordusunun çavuşu Mingəçevir su anbarında boğulub.
Müdafiə Nazirliyindən "Unikal"a bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Bayramov Namizəd İsrail oğlu iyulun 13-də xidmət yerindən kənarda, Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
xxx
19:10
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti hadisə ilə bağlı məlumat yayıb.
Qurumdan "Unikal"a verilən məlumata görə, “Mingəçevir” məntəqəsindən sağa 2 km aralı, qeyri-çimərlik ərazidə 1 nəfər şəxsiyyəti məlum olmayan kişi meyiti vətəndaşlar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. KGNSXDX tərəfindən əməliyyat keçirilməyib.
xxx
17:41
Mingəçevir su anbarında çimən şəxs boğulub.
"Unikal"ın məlumatına görə, hadisə Mingəçevir su anbarındakı çimərliklərdən birində baş verib. 1995-ci il təvəllüdlü Goranboy rayon sakini Bayramov Namizəd İsrail oğlu suda çimərkən boğularaq ölüb.
Meyit Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Dalğıc Axtarış qrupu tərəfindən sahilə çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.
Namizəd Bayramovun Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu (MAXE) olduğu bildirilir.
Faktla bağlı araşdlrma başlanıb.
Ehtiram Muradov