Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.

FHN-dən "Unikal"-a verilən məlumata görə, yanğın nəticəsində, ilkin hesablamalara əsasən, təxminən 9 hektar sahədə kol-kos və əsasən qurumuş ağaclar yanıb. Sıx meşəlik və əkin sahələri, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.