Sumqayıtda minik avtomobili TIR-la toqquşub.
 

"Unikal" xəbər verir ki, qəza Sumqayıt Texnologiyalar Parkının yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan TIR  “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Əraziyə təcili tibbi yardım cəlb olunub və yaralılar xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.