Pakistan təhlükəsizlik qüvvələri ölkənin Hayber-Paxtunxva əyalətində 10 terrorçunu zərərsizləşdirib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onlar “Təhrik-e Taliban Pakistan” terror təşkilatının üzvləri idi. 

Pakistanın kəşfiyyat orqanlarının məlumatına əsasən, öldürülən 10 terrorçu bölgədə hökumət qüvvələrinə və dinc əhaliyə qarşı terror aktlarında iştirak edib.