Bu il Azərbaycanda Polad adı verilən uşaqların sayı açıqlanıb.

"Unikal"ın məlumatına görə, cari ilin əvvəlindən bu günə qədər 105 uşağa Polad adı verilib.

Son illər ölkəmizdə Polad adının uşaqlara verilməsi artıb. Belə ki, 2018-ci ildə 55, 2019-cu ildə 53, 2020-ci ildə 193, 2021-ci ildə isə 306 körpəyə Polad adı verilib. 

Polad adı 2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.

Qeyd edək ki, bu gün Milli Qəhrəman Polad Həşimovun şəhid olmasından iki il ötür.

Anar Kəlbiyev