Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli intihar edib.

"Unikal"ın əldə etdiyi məlumata görə, o, əslən Naxçıvan Muxtar Respublikasındandır. DGK-nin Cənub Ərazi Baş Gömrük idarəsində işlədiyi üçün Astarada kirayə yaşayırmış. Ə.Cahangirli ailəli olub və 3 övladı var. Hadisə baş verən gün o, ailə üzvləri ilə birlikdə Bakıda toy məclisində iştirak edib. 

Ailəsi Bakıda qalıb, Ə.Cahangirli isə Astaraya qayıdıb və kirayə yaşadığı evdə özünü asaraq intihar edib.

Qeyd edək ki, Ə.Cahangirli tarixçi alim və tədqiqatçı Nəcəfalı Cahangirlinin oğludur.

Murad İbrahimli

***

09:41

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi intihar edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, 13 iyul 2022-ci ildə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli Astara rayonu Rüdəkənar kəndində intihar edib.

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.