İyulun 13-də saat 19 radələrində Qazax şəhəri ərazisində Çaylı kənd sakini İlham Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobili yük avtomobilinə vurub və sonradan “VAZ-2107” markalı digər avtomobilə dəyib.

"Unikal" xəbər verir ki, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən İ.Sadıqov ölüb. 

Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.