"Çelsi" Xalidu Kulibali transferini bitirdikdən sonra PSJ-nin müdafiəçisi Kimpembeni heyətinə qatmaq istəyir. 

"Unikal" "The Athletic"ə istinadən xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Tomas Tuxel fransalı futbolçunu komandasında görməkdə maraqlıdır.

Qeyd edək ki, Almaniyalı çalışdırıcı 2018-2020-ci illərdə Paris klubunun sükanı arxasında olanda 26 yaşlı futbolçu onun rəhbərliyi altında oynayıb.