"İyulun 7-dən bir həftə ərzində Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə düşmənin hücumlarını dəf edib və Ukrayna torpaqlarının bir metrini belə itirməyib".

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov həftə ərzində cəbhədə əməliyyat şəraiti barədə məlumat verərkən deyib. 

"Həftə ərzində atılan mərmilərin ən böyük hissəsi, eləcə də düşmənin havadan kəşfiyyatının aktiv şəkildə aparılması Sumı vilayətinin Qluxov istiqamətində qeydə alınıb. Ümumiyyətlə, bir həftə ərzində düşmənin hücumlarını dəf etdik. Ukraynanın bir metr torpağı da itirilməyib", - Qromov vurğulayıb.

O, qeyd edib ki, Rusiya ordusu bütün silahlardan istifadə edir, həmçinin bütün təmas xətti boyunca yanğın zərərləri ilə məşğul olur.

Qromov onu da deyib ki, ağır itkilər səbəbindən Rusiya Federasiyasının bir sıra hərbi hissələri döyüş qabiliyyətini bərpa etmək üçün geri çəkilib.

Ağarza Elçinoğlu