Türkiyənin Bolu şəhərində təlim-məşq toplantısında olan “Neftçi” sonuncu yoxlama oyununu keçirib.

"Unikal" xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Türkiyə Super Liqasında çıxış edən “Qaziantep”lə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, Boludakı ilk yoxlama matçında “Sakaryaspor”la 1:1 hesablı heç-heçə edən “ağ-qaralar” növbəti görüşündə “Sivasspor”a uduzub - 0:1.