Bu gün metronun "Elmlər Akademiyası" stansiyasında qəfildən sərnişinin halı pisləşib.
"Bakı Metropoliteni"QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxriyar Məmmədov "Unikal"-a bildirib ki, orta yaşlı bir sərnişin epilepsiya (qıcolma) ilə qatardan düşürülüb.
"Dərhal təcili tibbi yardım çağırılıb. Sərnişinə ilkin yardım göstərilib. Vəziyyəti normallaşan sərnişin öz yoluna davam edib", - qurum rəsmisi bildirib.