Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin ictimai təhlükəsizlik böməsinin rəisi polis mayoru Qubat Qasımov bir müddət əvvəl yol qəzasına düşüb.
"Unikal"ın məlumatına görə, o ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Q.Qasımov bu gecə müalicə aldığı xəstəxanada vəfat edib.
Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis baş leytenantı Eşqin Qasımov təsdiqləyib.
Tural Əhmədov