İtaliya millisinin və "Yuventus" klubunun sabiq qapıçısı Canluici Buffon gələcək planlarından danışıb.
"Unikal" xəbər verir ki, hazırda "Parma"da çıxış edən 44 yaşlı qolkiper 55 yaşınadək oynaya biləcəyini söyləyib.
Buffon karyerasını bitirəndən sonra futbolda qalacağına əmin olmadığını vurğulayıb: "Bəlkə də özümü yeni, daha sadə şəkildə sınayacağam, çünki futbolda artıq hər şeyi bilirəm. Hər şeyi yeni öyrənmək mənim üçün maraqlıdır".
Qeyd edək ki, Canluici Buffon ötən mövsüm B Seriyasında 26 oyun keçirib və 27 top buraxıb.