Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 935 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 395, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 142, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1220, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 178 nəfərdir.