"Çelsi" klubu yay "transfer pəncərə"sində heyətini yeni futbolçu ilə gücləndirib.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi "Napoli"nin mərkəz müdafiəçisi Xalidu Kulibalini transfer edib. Seneqal millisinin üzvü ilə 4 illik sözləşmə imzalanıb. İngiltərə mətbuatında çıxan xəbərlərə görə, "zadəgan"lar keçid üçün qarşı tərəfə 40 milyon avro ödəyəcək.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2014-cü ildən Neapol təmsilçisində oynayırdı.