Azərbaycan cüdoçusu Səid Mollayi Xorvatiyada keçirilən Qran Pridə final görüşünü keçirib.
"Unikal" xəbər verir ki, 81 kq çəki dərəcəsində həlledici qarşılaşmada fransalı rəqibi Alfa Umar Caloya uduzan Mollayi gümüş medal qazanıb.
***17:17
Cüdoçumuz Səid Mollayi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə finala yüksəlib.
"Unikal" xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Loik Pyetriyə (Fransa), Tim Qramkova (Almaniya), Sebastian Marcinkievizə (Polşa) və Gilyerme Şmidtə (Braziliya) qalib gəlib.
Qeyd edək ki, yarışın ilk günündə 66 kq-dakı Yaşar Nəcəfov qızıl medal qazanıb.