"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonu almaq istədikləri barədə yayılan məlumatlara münasibət bildirib. 

"Unikal" xəbər verir ki, Naqelsmann mətbuata açıqlamasında bu məlumatın düzgün olmadığını bildirib.

"Mən həmin xəbərləri oxumuşam. Bu, doğru deyil", - deyə "Bavariya"nın baş məşqçisi qeyd edib.