Batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas edilib.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Buzovna”, “Şüvəlan”, “Dübəndi”, “Şirvan”, “Astara”, “Yevlax” və “Mingəçevir” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas olunub.