Fransada isti hava səbəbindən ölkənin 38 departamentində "narıncı" hava xəbərdarlığı elan edilib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin milli meteorologiya xidməti məlumat yayıb.

Bildirilib ki, isti hava yaxın günlərdə də davam edəcək. Bazar günü ölkənin cənub-şərqinin bəzi rayonlarında temperaturun 40 dərəcəyə çatacağı gözlənilir. 

Gələn bazar ertəsi Fransada indiyə qədər qeydə alınan ən isti gün ola biləcəyi ehtimal edilir. Ölkənin cənub-qərbində havanın temperaturu bəzi yerlərdə 42 dərəcəyə çatacaq.