"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi İsveçrə "Sürix"i ölkə çempionatının yeni mövsümündə ilk oyununu keçirib.
"Unikal" xəbər verir ki, komanda səfərdə "Yanq Boyz"la qarşılaşıb və 0:4 hesabı ilə uduzub.
Qeyd edək ki, "Qarabağ" "Sürix"lə ilk matçı iyulun 19-u Bakıda keçirəcək. Bu komandalar arasında cavab görüşü bir həftə sonra İsveçrədə baş tutacaq.