"Ümumi prinsiplər əsasında taxıl və qida məhsullarının daşınması planı razılaşdırılıb. Bunu konkret bir icra planına çevirmək üçün səylərimizi davam etdiririk. Çox güman ki, bu həftə toplantı keçiriləcək". 

"Unikal" xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Naziri Hulusi Akar deyib. 

O, bildirib ki, Ukrayna limanlarında gözləyən taxıl və ərzaq məhsullarının dəniz yolu ilə təhlükəsiz daşınması ilə bağlı Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirliklərinin hərbi heyətləri ilə BMT nümayəndə heyəti arasında görüşün keçirilməsinin planlaşdırıldığını bildirib.

"Biz taxıl və ərzaq daşınması planı üzərində işləyirik. Ümumi prinsiplər üzərində razılaşdıq. Bunu konkret icra planına çevirmək üçün səylərimizi davam etdiririk. Çox güman ki, bununla bağlı bu həfət toplantı keçiriləcək" deyə Akar bildirib. 

 

 

T