Şəkidə məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbəsində bir gündə 58 nəfər xəstəxanaya müraciət edib. Onların qarpızdan zəhərləndiyi ehtimal olunur.
TƏBİB-dən "Unikal"a verilən məlumata görə, Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə müraciət edən şəxslərdən 38-i uşaq, digərləri böyük şəxslər olub.
Onların hər biri müayinə olunub, yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Anar Kəlbiyev
***
10:06
Şəkidə bir qəsəbədə yaşayan 58 nəfər zəhərlənib.
"Unikal" xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbəsində 58 nəfər sakin qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Müraciət edən şəxslərə mənşəyi infeksion hesab edilən qastroenterit diaqnozu qoyulub, onlara ilkin müdaxilə edilib və evə buraxılıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, sudan müvafiq nümunələr götürülüb və ekspertiza təyin edilib. Hazırda faktla bağlı araşdırma aparılır.