Ötən həftə Ermənistanda COVID-19-a yoluxanların sayı 629 nəfər artıb.

"Unikal" erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikası Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

Belə ki, mənbə qeyd edir ki, ölkədə koronavirusa yoluxanların sayı 424,4 min nəfər artıb, eyni zamanda, 311 nəfər koronavirusdan sağalıb.

Qeyd edək ki, Ermənistanda COVID-19-dan ölənlərin ümumi sayı 8626 nəfərdir.  

Aynurə Xudaverdiyeva