İyulun 22-də Ermənistanın Milli Məclis Şurası müxalifət üzvlərinin mandatlarından məhrum edilməsi prosesini davam etdirmək üçün qanunla ikinci növbədənkənar sessiya çağıracaq.

"Unikal" erməni KİV-ə istiandən xəbər verir ki, iyulun 14-də MK-nın təşəbbüsü ilə keçirilən ilk müzakirə müxalifət üzvləri iclasa gəlmədiyi üçün baş tutmayıb.

Qanun onların yenidən iclas çağırması üçün bir həftəlik müddət müəyyən edib və yenə gəlməsələr, məsələ müxalifətsiz müzakirə olunacaq.

Qeyd edək ki, söhbət 20-23 deputatdan gedir.

Erməni mətbuatı qeyd edir ki, deputatlar belə bir qərarı müxalifətə qarşı siyasi təqib kimi qəbul edəcəklərinə eyham vuran beynəlxalq təşkilatların sanksiyalarından qorxduqları üçün də petisiya verməyəcəklər.

Aynurə Xudaverdiyeva