Ermənistanın keçmiş prezidenti Robert Köçəryan koronavirusa yoluxub.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkili Hayk Alumyan bildirib.

Onun sözlərinə görə, ona görə də R.Köçəryan məhkəmədə iştirak edə bilməyib. Bu səbəbdən məhkəmə sentyabrın 20-dək təxirə salınıb.

Qeyd edək ki, hazırda R.Köçəryan külli miqdarda rüşvət almaqda ittiham olunur.