Prezident İlham Əliyev iyulun 19-da Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkı qəbul edib.
“Unikal” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Derya Yanık Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
Dövlət başçısı 15 İyul - Demokratiya və Milli Birlik Günündə Türkiyə Prezidenti ilə telefon danışığını məmnunluqla xatırladı. Prezident İlham Əliyev 15 İyul gününün tarixi gün olduğunu qeyd edərək, Rəcəb Tayyib Ərdoğanın səyləri və liderliyi ilə Türkiyə xalqının bu çətin sınaqdan şərəflə çıxdığını bir daha bildirdi və vurğuladı ki, hazırda Türkiyənin inkişaf yolunda olması, ölkədə sabitliyin hökm sürməsi xalqımızı çox sevindirir.
Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq Azərbaycanda olmaqlarından son dərəcə məmnunluqlarını ifadə etdi və Prezident İlham Əliyevin liderliyi sayəsində qazanılan Qarabağ Zəfəri ilə bağlı böyük sevinc hissi keçirdiklərini bir daha vurğuladı.
Dövlət başçısı Azərbaycan-Türkiyə birliyi və dostluğunun bütün sınaqlardan şərəflə çıxdığını dedi. Derya Yanıkın rəhbərlik etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərə toxunan Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanmasından sonra münasibətlərimizin ən yüksək zirvəyə qalxdığını qeyd etdi. Azərbaycan Prezidenti bildirdi ki, bu Bəyannamənin müqəddəs şəhərimiz olan Şuşada imzalanması xüsusi önəm daşıyır.
Sonra dövlət başçısı Türkiyə Prezidenti ilə Zəngilan hava limanının açılışında iştirak edəcəklərini məmnunluqla qeyd etdi.
Prezident İlham Əliyev bu gün dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı, Derya Yanıkın səfərinin ölkələrimizin aidiyyəti qurumları arasında əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyinə əminliyi bildirdi.
xxx
17:44
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Dərya Yanıkı qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.